İraqın cənubundakı hökumət əleyhinə nümayişlər davam edir

İraqın cənubundakı hökumət əleyhinə nümayiş keçirən aksiyaçılar neft zəngini Bəsra şəhərində neft yataqlarına gedən ana yolları bağlayıblar.

1309612
İraqın cənubundakı hökumət əleyhinə nümayişlər davam edir

İraqın cənubundakı hökumət əleyhinə nümayiş keçirən aksiyaçılar neft zəngini Bəsra şəhərində neft yataqlarına gedən ana yolları bağlayıblar.

Yerli qaynaqlardan əldə edilən məlumata əsasən, oktyabrın 1-dən davam edən hökumət əleyhinə nümayişlərin fəal şəkildə davam etdiyi Bəsrada aksiyaçılar neft yataqlarının olduğu bölgələrə üz tutublar.

Vilayətin qərbində yerləşən Zubeyr qəsəbəsindəki nümayişçilər neft quyularının olduğu Rumeyla bölgəsində bir araya gəlib.

Nümayişçilər neft quyularına gedən yolları hərəkətə bağlayaraq, xam neft ixracından istifadə olunan tankərlərin giriş çıxışlarına mane olublar.

Yerli mətbuatdakı xəbərlərdə də nümayişçilərin Rumeyladakı yol bağlama hərəkətindən sonra Hor əz-Zubeyir limanındakı xam neft ixracının dayandığı qeyd edilib.

Qeyd edək ki, Bəsradakı nümayişlər 16 noyabr şənbə günü də Məcnun neft quyusunun qapılarında aksiya keçirmişdi.

Ölkə iqtisadiyyatının 90 faizinin neft ixracından asılı olduğu İraq gündəlik orta hesabla 3 milyon 500 barrel xam neft ixracı reallaşdırır.

İraq neft istehsalı və ixracının böyük hissəsini Bəsradakı quyularla limanlar vasitəsilə reallaşdırır.



Әlaqәli Xәbәrlәr