İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı

İranda benzin qiymətinin qalxmasına etiraz aksiyaları zamanı 21 fərqli şəhərdə ölənlərin sayı 106 nəfərə çatıb. Bu barədə beynəlxalq əf təşkilatından məlumat yayılıb.

1309242
İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı

Təşkilatın açıqlamasında benzin qiymətinin qalxmasına etiraz məqsədiylə ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı ən az 106 adamın həyatını itirdiyinə diqqət çəkilib və ölənlərin sayının daha çox olduğunun təxmin edildiyi vurğulanıb.

İnternet xidmətinə son qoyulduğu xatırladılan şərhdə həmçinin qeyd edilib ki, video görüntüləri, şahidlərin ifadələri və xaricdəki aktivistlərin yaydıqları konkret məlumatlar, aksiyaçıların təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü göz önünə sərir. Nümayişçilər bir çox yerdə damlardaki yerləşmiş snayperlər və helikopterlər tərəfindən hədəfə götürülüb.

Xatırladaq ki, ABŞ-nın tətbiq etdiyi sanksiyalarının təsiriylə iqtisadi baxımdan çətin günlər yaşayan İran xalqı 15 Noyabrda benzin qiyməti artırıldıqdan sonra ölkənin bir çox şəhərində küçələrə axışdı. Nümayişlər zamanı bir çox şəhərdə banklar yandırıldı. Dövlət binaları dağıdıldı. Tehran rəhbərliyi yaranan iğtişaşlar qarşısında interneti kəsdi.



Әlaqәli Xәbәrlәr