Misir prezidentinin əleyhinə aksiya keçirildi

Misir dövlət başçısı Abdulfəttah əs-Sisi Almaniyaya səfəri çərçivəsində prezident Frank-Valter Ştaynmayer ilə görüş keçirib. İki həmkarın görüşü zamanı Bellevue Sarayının önündə toplaşan bir qrup qonaq dövlət başçısının əleyhində aksiya keçirib.

1308700
Misir prezidentinin əleyhinə aksiya keçirildi

“Diktatorları Almaniyada görmək istəmirik” “Misirə Azadlıq”, "Həbs edilən tələbələrə azadlıq” deyə şuar səsləndirən aksiyaçılar Sisinin Misirin legitim dövlət rərbəri olmadığını vurğulayıblar.

Yerli medianın məlumatına görə, Sisi Bellevue Sarayında Almaniya Prezidenti Ştaynmayer tərəfindən rəsmi mərasimlə qarşılanıb. Daha sonra iki həmkar qapalı qapılar arxasında görüş keçirib.

Əbdülfəttah əs-Sisi, Almaniyaya səfəri çərçivəsində bu gün paytaxt Berlində bir çox Afrika ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək konfransa qatılacaq.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin Afrikada daha çox sərmayə yatırmalarına zəmin yaradılması məqsəd götürülən yığıncağa Almaniya kansleri Angela Merkel başçılıq edəcək.



Әlaqәli Xәbәrlәr