Rəsmi Tehranın tələbilə İraq-İran arasındakı 2 sərhəd qapısı bağlandı

İraq Gömrüklər Heyəti İdarəsinin sözcüsü Ələddin əl-Kaysi verdiyi yazılı şərhdə bildirib...

1307736
Rəsmi Tehranın tələbilə İraq-İran arasındakı 2 sərhəd qapısı bağlandı

 

  İraq hökuməti İran rəhbərliyinin tələbilə ölkənin cənub və şərqindəki 2 sərhəd qapısını təktərəfli olaraq piyada keçidinə bağladı.

  İraq Gömrüklər Heyəti İdarəsinin sözcüsü Ələddin əl-Kaysi verdiyi yazılı şərhdə bildirib: “Sərhəd qapılarında ticarət keçidləri normal şəkildə fəaliyyət göstərir. Ancaq nümayişlərlə əlaqədar rəsmi Tehranın tələbi əsasında İraqdan İrana piyada keçidlərinin cənubdakı Şələmçə və şərqdəki Eş-Şib sərhəd qapıları təktərəfli bağlanıb”.

  Qeyd edək ki, bundan əvvəl İraqın rəsmi xəbər agentliyi İNA da Bəsrə vilayətində hökumət əleyhinə nümayişlər təşkil edən fəalların Şələmçə Gömrük Qapısına gedən yolunu bağladıqları yazmışdı.

  Yerli mediadakı xəbərlərə görə isə İraqın ixracat və idxalatının can damarı olan Bəsrədəki Um Kasr limanına gedən yollarda noyabrın 15-indən hərəkətə başlayan etirazçılar nümayişlərə son qoyublar.

  İraqda işsizlik, sui-istifadə və ictimai xidmətin qeyri-kafiliyinə etiraz bildirmək məqsədiylə 1 oktyabrda başlayan nümayişlərdə 319-dan çox adam həyatını itirib, 15 min isə yaralanıb.



Әlaqәli Xәbәrlәr