İraqda nümayişlər zamanı terror hadisəsi törədildi

İraq təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar təhqiqat aparırlar.

1307465
İraqda nümayişlər zamanı terror hadisəsi törədildi

 

  İraqın paytaxtı Bağdadın Təhrir meydanında hökumətə qarşı kütləvi etiraz mitinqinin keçirildiyi vaxt terror hadisəsi törədilib. Bombanın partladılması nəticəsində 4 nəfər həyatını itirib, 100-dən çox adam xəsarət alıb.

  Rəsmi Bağdad partlayışın terror aktı olduğunu açıqlayıb.

  İraq təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar təhqiqat aparırlar.

  Ümumiyyətlə, İraqda kütləvi nümayişlər başlayandan indiyədək təhlükəsizlik qüvvələri ilə qarşıdurmada 319 nəfər həlak olub, 15 mindən çox adam isə xəsarət alıb.



Әlaqәli Xәbәrlәr