İsrail ordusu törətdiyi cınayəti etiraf etdi
İsrail rejimi ordusu Qəzza zolağına endirdiyi zərbə nəticəsində bir ailənin 5-i uşaq olmaqla 8 üzvünü öldürdüyünü etiraf edib.
1307269

Bu barədə "Haaretz" qəzeti məlumat yayıb. Qəzetin bildirdiyinə görə İsrail ordusu Qəzzanın Deyr Belah bölgəsinə hücumda səhvə yol verildiyini açıqlayıb. Adının gizli qalmasını istəyən müdafiə nazirliyindən bir səlahiyyətli də hücum zamanı binanın boş olduğu güman etdiklərini bildirib.
İsrail ordusu hadisə ilə bağlı istintaq başladıb.