İsrailin Qəzza Zolağına avia-zərbələrində ölənlərin sayı artdı

İsrail qüvvələrinin son 2 gün ərzində Qəzza zolağına endirdiyi avia-zərbələr nəticəsində həyatını itirənlərin sayı 34 nəfərə, yaralıların sayı isə 111 nəfərə çatıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat verib.

1306614
İsrailin Qəzza Zolağına avia-zərbələrində ölənlərin sayı artdı

Xatırladaq ki, İsrail rejimi noyabrın 12-də səhər saatlarında Qəzza zolağına raket zərbəsi endirərək, “İslami Cihad” təşkilatının hərbi qolu olan “Saraya Qüds” təşkilatının rəhbəri Bəha Əbu əl-Əttanı qətlə yetirib. Buna cavab olaraq fələstinlilər işğal edilən ərazilərə raket zərbələri endirməyə başlayıb. İsrail rejimi isə öz növbəsində aviasiya və artilleriya vasitələri ilə Qəzza zolağında mülki vətəndaşları bombardman edib.

Digər tərifdən İslami Cihad Hərəkatından yayılan açıqlamada Misirin vasitəçiliyi nəticəsində atəşkəs elan edildiyi açıqlandı. Hərəkatın sözçüsü Musab əl-Buraymin məlumatına görə tərəflər arasında qəbul edilən ateşkes qərarı yerli vaxtla bu gün saat 5-də qüvvəyə minib. O qeyd edib ki, atəşkəs İslami Cihad Hərəkatının daha əvvəl tiklif etdiyi şərtlər çərçivəsində elan edildi.

 



Әlaqәli Xәbәrlәr