Kabil hava limanın yaxınlığında partlayış,  ölǝnlǝr olub

Əfqanıstanın Kabil şəhərində bomba ilə təchiz edilmiş avtomobillə həyata keçirilən hücum nəticəsində 7 nəfər həyatını itirib.

1305309
Kabil hava limanın yaxınlığında partlayış,  ölǝnlǝr olub

Daxili İşlər Nazirliyinin sözçüsü Nəzrət Rəhimi mətbuat açıqlamasında terror aktının hava limanının arxasındakı Qasım Prospektində törədildiyini bildirib. O qeyd edib ki Bomba yüklü avtomobilin partladılması nəticəsində 7 adam ölüb, 7-si yaralanıb. Bölgədəki evlərin və dükanların şüşələri sınıb. Hadisənin törədildiyi küçə avtomobil giriş-çıxışına bağlanıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr