Şiə lider ABŞ-nın çağırışına sərt cavab verdi

Şiə lider Müqtəda Sədr ABŞ-nın İraqda növbədənkənar seçkilərin keçirilməsi çağırışına sərt cavab verib.

1304713
Şiə lider ABŞ-nın çağırışına sərt cavab verdi

İraqda "Sədr" hərəkatının lideri Müqtəda Sədr ABŞ-ı İraqın daxili işlərinə qarışmaqda ittiham edib. Bu barədə "əl-Məyadin" saytı məlumat yayıb: Müqtəda Sədr açıqlaması zamanı bildirib ki, növbəti dəfə sübut oldu işğalçı ABŞ hər kəsin işinə qarışır. İraq xalqı öz taleyini təyin edənxalqıdır. İraqın işlərinə müdaxiləyə son qoyun. İraqda onu dəstəkləyən böyük insanlar var və biz başqalarının müdaxiləsinə ehtiyac duymuruq. ABŞ-ın etirazlarda dalğalar yaratmasına icazə verməyəcəyik. ABŞ-ın İraqı Suriyaya və digər münaqişələr üçün bir sahəyə çevirməsinə də eləcə. ABŞ birbaşa tərəfimizdən keçiriləcək milyonlarla nümayişə yenidən müdaxilə edərsə, İraqda sonu çatacaq.

Qeyd edək ki, İraq Parlamentinin yanında İnsan Haqları Komissiyasının məlumatına görə 1 Oktyabrda başlayan etiraz aksiyalarında ölən nümayişçilərin sayı 319-a, yaralıların sayı isə 15000-ə çatıb.

 



Әlaqәli Xәbәrlәr