DEAŞ-ın pusqusuna düşən 4 İraq əsgəri ölüb, 7-si yaralanıb

İraqın şərqində yerləşən Diyala şəhərində terror təşkilatı DEAŞ-ın pusqusuna düşən 4 İraq əsgəri ölüb, 7-si yaralanıb.

1304775
DEAŞ-ın pusqusuna düşən 4 İraq əsgəri ölüb, 7-si yaralanıb

İraqın şərqində yerləşən Diyala şəhərində terror təşkilatı DEAŞ-ın pusqusuna düşən 4 İraq əsgəri ölüb, 7-si yaralanıb.

Hərbi qaynaqlardan əldə edilən məlumata görə, hərbi birliklərdən biri Hanikin qəsəbəsinə bağlı Karatepe bölgəsində terror təşkilatı DEAŞ-ın pusqusuna düşüb.

Baş verən atışmada 4 əsgər ölüb, 7-si yaralanıb.

Hadisənin yarandığı bölgəyə əlavə hərbi birlik göndərilib.

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul başda olmaqla İraq ərazilərinin üçdə bir hissəsini ələ keçirmişdi.

İraq təhlükəsizlik qüvvələri 2017-ci ilin dekabr ayından həmin ərazilərin böyük hissəsini geri qaytarıb.

Terror təşkilatı DEAŞ-ın bölgədən çıxarılması və şəhərlərin geri qaytarılmasına baxmayaraq təşkilatın xüsusilə Kərkük, Diyala, Mosul, Səlahəddin və Enbar vilayətlərinin ərazilərindəki hücumları davam edir.



Әlaqәli Xәbәrlәr