"ABŞ Suriyanı neft üçün parçalamağa çalışır": Lavrov

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Fransada keçirilən Paris Sülh Konfransınrda etdiyi çıxışında ABŞ-nın Suriyanın neft yataqları üzərində təmərküzləşməsinə və Suriya ərazilərində cərəyan edən prosesə münasibət bildirib.

1305120
"ABŞ Suriyanı neft üçün parçalamağa çalışır": Lavrov

Türkiyə, Rusiya və İranın başlatdığı Astana prosesi sayəsində, Suriyada rejim və müxalifət arasında dialoqun bərpa olmasının mümkünlüyünə diqqət çəkən Lavrov: “ABŞ Suriya Demokratik Qüvvələri (SDG) adından istifadə edən terror təşkilatı PKK / YPG / PYD-nin işğal etdiyi əraziləri rejimin hakimiyyətindən çıxararaq bölgədəki neft yataqlarına nəzarəti ələ keçirmək istəyir”.

 PKK / YPG / PYD-nin ABŞ dəstəyinə arxalanaraq terror dəhlizi yaradmaq planına da toxunan Lavrov vurğulayıb ki, terror təşkilatı elə zənn edirdi ki, bu ayrılıqçı qərarlarına ABŞ-ın dəstəyi daimi olacaq. Ancaq həqiqətin belə olmadığını gördükdə Bəşər Əsəd rejiminə yaxınlaşmağa və Rusiyadan kömək tələb etməyə başladı. ABŞ-ın neft uğruna yenidən bölgəyə qayıtdığını görən terror təşkilatı təzədən ABŞ-a yaxınlaşdı.

Suriyadakı kürdlərin Cenevrədəki Konstitusiya Komitəsində də təmsil olunduğunu ifadə edən Lavrov bunların arasında PKK / YPG / PYD olmadığına və Türkiyənin bu terror təşkilatı ilə bağlı mövqeyinin idrak edilməsinin lazım gəldiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr