İraqda hökumət əleyhinə nümayişlərdə yenə ölən və yaralananlar oldu

İraq Azad İnsan Haqqları Ali Komissarlığından verilən yazılı məlumata görə...

1303261
İraqda hökumət əleyhinə nümayişlərdə yenə ölən və yaralananlar oldu

 

  İraqın paytaxtı Bağdad və ölkənin cənub şəhərlərində təşkil edilən hökumət əleyhinə nümayişlər və yaşanan zorakılıq hadisələri zamanı son 5 gündə 23 adam həyatını itirib.

  İraq Azad İnsan Haqqları Ali Komissarlığından verilən yazılı məlumata görə, 3-7 noyabr tarixləri arası Bağdad, Kərbəla, Bəsrə və Zikarda təşkil edilən mitinqlərdə ilə yaşanan şiddət hadisələrində 23 adam ölüb, 1077 nəfər yaralanıb. Bundan başqa, sözügedən günlərdə 201 adam nəzarətə götürülüb ki, sonradan bunlardan 170-si azad edilib.

  Bəsrədəki mitinqlərdə təhlükəsizlik qüvvələrilə toqquşmada 2 nümayişçi həyatını itirib. Şəhərin xəstəxanalarında cəsədlər və onlarla yaralının olduğu bildirilir.  

  Qeyd edək ki, iraqlılar işsizlik, sui-istifadə və ictimai xidmətin qeyri-kafiliyinə etiraz etmək məqsədiylə ölkənin müxtəlif bölgələrində nümayişlər təşkil edirlər.

  Birləşmiş Millətlər Təşkilatı 1 oktyabrdan bu yana davam edən nümayişlərdə 254 adamın həyatını itirdiyi və minlərlə adamın yaralandığını bildirib.



Әlaqәli Xәbәrlәr