"İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq"

Bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.

1303281
"İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq"

 

  İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd bildirib:

  "Pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi zenit raket kompleksi tərəfindən vurulub.

  İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışır, lakin buna imkan verilməyəcək.

  Mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar".

  Xatırladaq ki, noyabrın 8-də İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr