Rusiya qırıcılarının aviahücumları nəticəsində İdlibdə ölənlər oldu

Rusiyaya məxsus qırıcıların İdlib Gərginliyin Azaldılması Bölgəsinə hava hücumu nəticəsində dinç sakindən 5 nəfər həyatını itirib.

Rusiya qırıcılarının aviahücumları nəticəsində İdlibdə ölənlər oldu

 

  Müxaliflərin yaydığı məlumata görə, Rusiya döyüş təyyarələri gecə İdlib Gərginliyin Azaldılması Bölgəsi sərhədləri daxilində yerləşən Kefrenbil rayonu, Rami, Cibala və Maarşimşan kəndlərinə aviazərbələr endiriblər. Hücumlar nəticəsində Rami kəndində 3, Maarşimşanda 2 nəfər həyatını itirib.

  Qeyd edək ki, Rusiya və Əsəd rejiminə məxsus döyüş təyyarələri tərəfindən son bir həftədə İdlib Gərginliyin Azaldılması Bölgəsində yerləşən yaşayış məntəqələrinə təşkil edilən hücumlar nəticəsində 25 nəfər, 17 sentyabr 2018-ci ildə Türkiyə ilə Rusiya arasında mütabiqət mətni imzalandıqdan bu günədək isə 300-dən çox vətəndaş ölüb. Rusiya və Suriya rəjiminin hücumlarına görə ev-eşiyini tərk edərək Türkiyə sərhəddinə axışanların sayı son bir il ərzində bir milyona çatıb.



Әlaqәli Xәbәrlәr