İraqda nümayişlərdə daha 3 nəfər öldü

İraqın Bəsra vilayətində keçirilən etiraz aksiyalarına edilən müdaxilə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

İraqda nümayişlərdə daha 3 nəfər öldü

İraqın Bəsra vilayətində keçirilən etiraz aksiyalarına edilən müdaxilə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Bəsra vilayətində səhiyyə əmakdaşlarından biri ölü və yaralıların təhlükəsizlik qüvvələri tərəfindən vurulduyunu söyləyib.

Şahidlər təhlükəsizlik qüvvələrinin vilayət binası qarşısındakı nümayişçiləri dağıdmaq üçün ifrat səviyyədə gücdən və həqiqi güllələrdən  istifadə etdiklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 1-dən paytaxt Bağdad və ölkənin mərkəzi və cənub bölgələrində nümayişlər başlayıb. Yaşayış şəraitinin pisləşməsi, işsizliyin artması, habelə hökumətdəki korrupsiyaya etiraz edən xalq hökumət əleyhinə şüarlar səsləndirərək istefa tələb edirlər.

  BMT-nin yaydığı məlumata görə, İraqda oktyabrın 1-dən davam edən nümayişlərdə 254 etirazçı həyatını itirib, minlərlə adam isə yaralanıb.



Әlaqәli Xәbәrlәr