"İrana qarşı təzyiqlər artırılmalıdır": Binyamin Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu, İranın nüvə proqramı ilə bağlı şəfvaf siyasət izləmədiyini irəli sürüb və bu ölkəyə təzyiqin artırılmasını tələb edib.

1302607
"İrana qarşı təzyiqlər artırılmalıdır": Binyamin Netanyahu

Rəsmi Tehranın ölkədə aparılan nüvə fəaliyyətlərə dair inandırıcı olmayan bəyanatlar yaydığını ifadə edən Netanyahu: " Nüvə silah istehsal etmək üçün beynəlxalq qanunlara zidd olaraq uran zənginləşdirməyə davam edən İran nüvə proqramına dair atdığı bütün addımları beynəlxalq cəmiyyətdən gizlədir.

edir. Bu səbəblə başda ABŞ olmaqla bütün ölkələri İrana təzyiqləri artırmağa dəvət edirəm”-deyə Netanyahu vurğulayıb.

İcmalçılar, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmisinə nüvə təsislərdə tədqiqat aparmağına icazə verməməsiylə tarıma çəkilən gərginlikdən sonra Netanyahunun belə bir açıqlama verdiyinə diqqət çəkirlər.



Әlaqәli Xәbәrlәr