CIA-nin direktoru kralı Salmannın qəbulunda oldu

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Qina Haspeli paytaxt Riyadda qəbul edib.

1302616
CIA-nin direktoru kralı Salmannın qəbulunda oldu

 

  Məlumatı Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayaraq bildirib ki, Kral Salman və CIA-nın direktoru Qina Haspel arasında baş tutan görüşdə iki ölkə arasındakı ortaq problemlər müzakirə edilib.

  Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal ibn Fərhan ibn Abdullah əl-Suud, daxili işlər naziri şahzadə Əbdüləziz ibn Suud ibn Nayif, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Xalid əl-Humeydan və ABŞ-ın Riyaddakı səfiri Con Abizaidın iştirak etdiyi görüşdə müzakirə edilən mövzular haqqında ətraflı məlumat verilməyib. Ancaq ABŞ-da "twitter"dən yayılan məlumata görə, köhnə iki işçi haqqında "Səudiyyə Ərəbistanı üçün kəşfiyyat işlərini təmin etdikləri" maddəsilə məhkəmə işi qaldırıldıqdan sonra görüşün baş tutması maraqlıdır.



Әlaqәli Xәbәrlәr