Suriya Milli Ordusu terror təşkilatı YPG/PKK-ya məxsus dronu düşürüb

Tel Abad qəsəbəsində axtarış-yoxlama fəaliyyətlərini davam etdirən Suriya Milli Ordusu əsgərləri terror təşkilatı YPG/PKK-ya məxsus dronu düşürüb.

1302136
Suriya Milli Ordusu terror təşkilatı YPG/PKK-ya məxsus dronu düşürüb

Tel Abad qəsəbəsində axtarış-yoxlama fəaliyyətlərini davam etdirən Suriya Milli Ordusu əsgərləri terror təşkilatı YPG/PKK-ya məxsus dronu düşürüb.

Türkiyənin terror təşkilatlarına qarşı həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatı çərçivəsində Tel Abyad və Rasulayn ətrafında axtarış-yoxlama fəaliyyətlərini davam etdirən Suriya Milli Ordusu (ASO) terror təşkilatı YPG/PKK-nın hücumlarında və bölgədə əl istehsalı partlayıcıları məhv etmə fəaliyyətlərində indiyədək 151 şəhid verib.

SMO əsfərləri Türkiyə Silahlı Qüvvələri tərəfindən keçirilən “Sülh çeşməsi” hərəkatı bölgəsində təhlükəsizliyin təmini üçün axtarış-yoxlama fəaliyyətlərinə qatılmaqda davam edir.

Hərəkatın dayandırılması ilə Tel Abyad və Rasulayn ətrafında cəbhə xəttlərinə nəzarət edən SMO əsgərləri terrorçulara aid əl istehsalı partlayıcıları məhv etmək və təhlükəsizlik tədbirlərilə yanaşı cəbhə xəttlərində terrorçuların hücumlarının qarşısını almaq üçün də fəaliyyətlərini davam etdirir.

Sahədəki SMO komandanlarından əldə edilən məlumata görə, 9 oktyabrdan bəridir davam edən fəaliyyətlər və hücumlar nəticəsində SMO-nun verdiyi şəhid sayı 151-ə çatıb, 559 SMO əsgəri isə yaralanıb.

Digər tərəfdən Tel Abyad qəsəbəsində təhlükəsizlik tədbirlərini artıran SMO əsgərləri terror təşkilatı YPG/PKK-ya məxsus dron düşürüb.



Әlaqәli Xәbәrlәr