"Türkiyənin suriyalı kürdlərlə yox, terror təşkilatı PKK ilə problemi var", N.Bərzani

İraqın şimalındakı Kürd Regional Rəhbərliyinin lideri Nəçirvan Bərzani Türkiyənin suriyalı kürdlərlə yox, terror təşkilatı PKK ilə problemi olduğunu söyləyib.

1300953
"Türkiyənin suriyalı kürdlərlə yox, terror təşkilatı PKK ilə problemi var", N.Bərzani

 

  İraqın şimalındakı Kürd Regional İdarəçiliyinin başçısı Nəçirvan Bərzani Türkiyənin suriyalı kürdlərlə yox, terror təşkilatı PKK ilə problemi olduğunu söyləyib.  

  Bərzani mənzil-qərargahı Ərbildə yerləşən Orta Şərq Araşdırmaları İnstitutu tərəfindən keçirilən tədbirdə Suriya və PKK məsələsinə toxunaraq deyib: “Türkiyənin Suriya kürdləri ilə hər hansı problemi yoxdur, ancaq PKK ilə problemi var. Türkiyə tərəfi “Biz heç bir şərtlə sərhədlərimiz və Suriya arasında PKK-nın mövcudluğuna dözə bilmərik” tərzindəki mövqeyi bizə məlumdur. Bunun Suriyadakı qardaşlarımız üçün də ciddi təhlükə ola biləcəyini söylədik… Tək istəyimiz budur ki, sadə kürdlərlə PKK arasına fərq qoyulsun. PKK Suriya kürdləri vasitəsilə özünü qanuniləşdirmək istədi və hazırda, təəssüf ki, bu vəziyyətlə qarşı-qarşıya qalmışıq”.



Әlaqәli Xәbәrlәr