Stoltenberq Ukraynanın NATO ittifaqına üzv olma ehtimalına münasibət bildirdi
"Ukrayna NATO-ya üzv ola bilər", bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Ukrayna NATO-ya üzv ola bilər", bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın "1 + 1" telekanalına müsahibəsində Ukraynanın NATO-ya üzvolma ehtimalına münasibət bildirərək deyib:
“Monteneqro iki il əvvəl alyansa üzv oldu. Şimali Makedoniya bir neçə aya NATO-nun üzvü olacaq. Heç kim Berlin divarı yıxıldıqdan sonra Polşa və Baltikyanı ölkələrin NATO-ya üzv olacağını təsəvvür edə bilməzdi. Artıq Ukraynanın da NATO-ya üzvolma ehtimalı güclüdür. Bütün müttəfiqlər Ukraynanın üzvlüyünə müsbət yanaşır. Ona görə bu işin reallaşması üçün Ukraynaya lazımi dəstəyi verəcəyik”.
Qeyd edək ki, Y.Stoltenberq bundan əvvəl də Ukraynaya səfəri zamanı NATO-nun qapılarının Ukraynaya açıq olduğunu bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiyada 22-27 aprel tarixlərində altıgünlük iş həftəsi tətbiq edilir
Rusiyada 22-27 aprel və 9-12 may tarixlərində iş və qeyri-iş günləri