Aİ: “İranın 4-cü mərhələni başlatmaq planı narahatlıq yaradır”

Avropa İttifaqı İranın nüvə sazişinə dair öhdəliklərini azaltmaq istiqamətində 4-cü mərhələni başlatmaq planından narahatlıq duyulduğunu bildirib.

1300914
Aİ: “İranın 4-cü mərhələni başlatmaq planı narahatlıq yaradır”

 

  Avropa İttifaqı Komissiyasının sözcüsü Maya Kotsiyçançiç (Maja Kocijcancic) mətbuat konfransında çıxışında İran prezidenti Həsən Ruhaninin nüvə razılaşmasına dair öhdəlikləri azaldacaqlarını bildirdiyini xatırladıb və bunun narahatlıq yaratdığını qeyd edərək deyib:

  “ABŞ-nın İranın nüvə sazişindən təktərəfli çıxması və bu ölkəyə sanksiya tətbiqinə başlamasına baxmayaraq, alyans öhdəliklərini yerinə yetirməkdə davam edir. İran nüvə müqaviləsindəki öhdəliklərinə zidd olan bütün addımlardan məhz nüvə sazişinin qorunması və buna əks olan qərarlardan uzaq durmalıdır. İranın müqaviləyə sadiq qalarsa, Avropa İttifaqı da öhdəliklərinə əməl edər”.

  Qeyd edək ki, İran prezidenti Həsən Ruhani “Avropa ölkələri nüvə razılaşmasıyla bağlı verdikləri sözləri yerinə yetirmədikləri üçün sazişə dair öhdəliklərin azaltılmasıyla əlaqədar  4-cü mərhələnin 6 noyabrdan “Ford” zavodundakı 1044 sentrifuqaya qaz təzyiqilə başladılacağ”ını bildirib.

 



Әlaqәli Xәbәrlәr