Suriya Konstitusiya Komitәsinin ikinci iclası keçirildi

Noyabrın 4-dә Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında  Suriya Konstitusiya Komitəsinin ikinci iclası keçirilib.

1300321
Suriya Konstitusiya Komitәsinin ikinci iclası keçirildi
Hadi el Bahra.jpg

 

Noyabrın 4-dә Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında  Suriya Konstitusiya Komitəsinin ikinci iclası keçirilib.

İclasa rәhbәrlik edәn Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Qeir O. Pedersen vә Suriya rejimini tәmsil edәn nümayәndә heyәti görüşdәn sonra açıqlama vermәyib.

Konstitusiya Komitəsinin müxalif həmsədri Hadi Әl Bahra iclasdan sonra  jurnalistlərə verdiyi açıqlamada yığıncayın müsbәt atmosferdә keçdiyini ifadә edib.

"Bu Suriya xalqı üçün ən vacib məsələdir. Bu bütün Suriya vәtәndaşlarını maraqlandıran mәsәlәdir’’,-deyә Hadi Әl Bahra qeyd edib.

Hadi Әl Bahra Suriyada məhkumların azad edilmәsi ilә әlaqәdar  çağırışlar mәsәlәsi ilә bağlı bildirib ki, atəşkəs rejiminin tәmin olunması  və məhbusların azad edilmәsi   mәsәlәsi dә müzakirәyә çıxarılan mövzular arasındadır.  Ancaq bu Konstitusiya Komitəsinin əsas vəzifəsi deyil.

Bahra qeyd edib ki,  bu  həftənin  sonunda keçirilәcәk iclasda növbәti iclasın gündәmi müәyyәnlәşdirilәcәk.



Әlaqәli Xәbәrlәr