Pakistanda sərnişin qatarında partlayış baş verib

Pakistanın Liyakatpur şəhəri yaxınlığında sərnişin qatarında baş verən partlayış nəticəsində üç vaqon yanıb

1297581
Pakistanda sərnişin qatarında partlayış baş verib

Pakistan Dəmiryolları naziri Şeyx Rəşid Əhməd faciə ilə bağlı məlumat yayıb. O bildirib ki hadisə Pakistanın Liyakatpur şəhəri yaxınlığında sərnişin qatarında baş verib. Partlayış nəticəsində 62 nəfər həyatını itirib.

Onun sözlərinə görə, yanğına qaz balonunda baş verən partlayış səbəb olub. Partlayışdan dərhal sonra yayılan güclü alovlar qatarın 3 vaqonunu bürüyüb. Sərnişin qatarı Kəraçi şəhərindən Ravalpindi istiqamətində hərəkət edirmiş.



Әlaqәli Xәbәrlәr