Suriya Konstitusiya komitəsinin iclası keçirilir

Suriya böhranına həll yolu tapmaq məqsədiylə 23 sentyabrda yaradılan Suriya Konstitusiya Komitəsinin ilk iclası İsveçrənin Cenevrə şəhərində keçirilir.

1297305
Suriya Konstitusiya komitəsinin iclası keçirilir
suriye anayasa komitesi1.jpg

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersen yığıncağın açılış mərasimində etdiyi çıxışında: "Rejim və müxalifət üzvlərinin iclasda üz-üzə əyləşmələri tarixi məqamdır. 150 nəfərdən təşkil tapan komitədə; Rejim, müxalifət və qeyri-hökumət təşkilatları müsavi sayda üzv ilə təmsil edilir. Bu üzvlərin fərqli din, bölgə mənsubu olmaları prosesə töhfə verəcək. Hər ünsürdən 15 nəfərin iştirakı ilə yaradılan redaksiya heyəti Konstitusiya mətnini qələmə verəcək. Siz Suriyalılar, bu Komitənin üzvləri, Konstitutsiyanızı özünüz hazırlayacaqsınız və Suriya xalqı bunu təsdiqləyəcək. Mən isə vesitəçilik vəzifəsini bütün səmimi hisslərimlə icra edəcəyəm”-deyə Pedersen vurğulayıb.

Layihə mətninin qəbul edilməsi, Konstitusiya Komitəsi üzvlərinin ən azı 75 faizinin təsdiqini tələb edir.

Rejim isə mövcud konstitusiyanın bəzi dəyişikliklər aparılaraq təsdiq edilməsini dəstəkləyirkən, müxaliflər tamamilə yeni konstitusiya istəyirlər. Keçid hökumətinin yaradılması da müxalifətin əsas tələblərindən biridir.

 

 



Әlaqәli Xәbәrlәr