İran İraqla olan Mehran sərhəd qapısını bağladı

İran İraqda günlərdir davam edən etiraz aksiyalarına görə İlam əyalətindəki Mehran sərhəd keçid məntəqəsini bağladı.

1297175
İran İraqla olan Mehran sərhəd qapısını bağladı
iran-irak mehran sinir kapisi.jpg

İranın yarı rəsmi informasiya agentliyi Tesnimin İlam Əyalət valisinin Köməkçisi Məhəmməd Nevzəriyə istinad etdiyi xəbərində, Mehran Sərhəd Qapısının İraqdakı hökumət əleyhinə nümayişlər səbəbiylə bağlandığını bildirilib. Sərhəd keçidinin neçə gün bağlı qalacağına dair məlumat yayılmayıb.

Xatırladaq ki, İran İraqdakı etiraz aksiyalarının başlaması ilə 3 oktyabrda Kirmanşah əyalətinin Xusrəvi və Xuzistan əyalətinin Kuzzabə sərhəd qapılarını üç gün müddətlə bağlamışdı.

İran Xarici İşlər Nazirliyi İki gün əvvəl də vətəndaşlarına İraqa səyahət etməmələri barədə çağırış etmişdi.



Әlaqәli Xәbәrlәr