İordaniya, Təl-Əvivdəki səfirini geri çağırdı

İordaniya, İsrailin qanunsuz həbs etdiyi iki İordaniyalının azadlığa buraxılmasına dair rəsmi tələblərə biganə qalmasına görə Təl-Əvivdəki səfirini geri çağırdı.

1296964
İordaniya, Təl-Əvivdəki səfirini geri çağırdı

İordaniya Xarici İşlər Nazirliyinin açıqlamasında, İsraildəki səfirin fikir mübadiləsi məqsədiylə ölkəyə çağırıldığına diqqət çəkilib.

Həbs edilən Əl-Lebedi və Abdurrahman Meri adlı iki İordaniyalının həyatlarından İsrailin məsul olduğu ifadə edilən açıqlamada, onların ölkəyə qayıtmaları üçün siyasi və diplomatik bütün addımların atılacağı, İsrailin qeyri-qanuni rəftarının İordaniya kralı tərəfndən qınandığı qeyd edilib.

İsrail təhlükəsizlik qüvvələri İordaniya vətəndaşı əl-Lebedini 20 Avqustda, Əbdürrəhman Merini isə 2 Sentyabrda İordaniya ilə İordan çayının qərb sahilini bir-birinə bağlayan Kral Hüseyn adına körpünü keçdikləri əsnada nəzarətə götürüblər.



Әlaqәli Xәbәrlәr