Yenidən alovlanan İraq nümayişlərində ölü və yaralı sayı artır

Azad Yüksək İnsan Haqqları Komissarlığı tərəfindən verilən yazılı məlumata görə...

1295358
Yenidən alovlanan İraq nümayişlərində ölü və yaralı sayı artır

 

  İraqın paytaxtı Bağdad və cənubundakı şəhərlərdə sürən hökumət əleyhinə nümayişlərdə ölü sayı 63-ə qalxdı.

  Azad Yüksək İnsan Haqqları Komissarlığı tərəfindən verilən yazılı məlumata görə, 25 oktyabrdan yenidən başlayan nümayişlərdə Bağdadda 10, Meysanda 14, Zikarda 15, Bəsrədə 7, Musennada 1, Babildə 4 və Divaniyyədə isə 4 nəfər həyatını itirməklə ölü sayı 63 olub.

  Sözün gedən nümayişlərdə aralarında təhlükəsizlik qüvvələrinin də olduğu yaralı sayı isə 2592-ə çıxıb.

  İraqlılar işsizlik, sui-istifadə və ictimai xidmətin qeyri-kafiliyinə etiraz bildirmək məqsədiylə ölkənin müxtəlif bölgələrində mitinqlər təşkil edirlər. 1 oktyabrdan hərəkətə keçən fəallar Erbain mərasimlərinə görə fasilə verdikləri nümayişlərə ayın 26-dan yenidən başlayıblar.

  Başda Bağdad olmaqla, ölkənin orta və cənub şəhərlərinə yayılan mitinqlərdə oktyabrın əvvəlindən bu zaman qədər təxminən 200 nəfər həyatını itirib, 8 minə yaxın adam yaralanıb.



Әlaqәli Xәbәrlәr