ABŞ İraqdan Suriyanın neft sahələrinə hərbi qüvvələrini göndərməkdədir

Amerika əsgərlərini də daşıyan bu karvanda təxminən 13 zirehli hərbi maşın ABŞ ordusuna məxsus vertolyotların müşayətilə keçib.

1295384
ABŞ İraqdan Suriyanın neft sahələrinə hərbi qüvvələrini göndərməkdədir

 

  Suriyanın şimal-şərqində - terror təşkilatı YPQ/PKK işğalındakı neft sahələrində hərbi varlığını gücləndirmə qərarı verən Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti 26 oktyabrda bölgəyə İraqdan iki dəfə hərbi qüvvə göndərib.

  ABŞ əvvəlcə Suriyanın Deyrizor rayonunun əl-Ömər, sonra isə ölkənin şimal-şərqindəki neft sahələrinə Möhkəmləndirmə Hərbi Birliyini sövq edib. Hərbi yük maşını karvanı günorta saatlarından başlayaraq İraq-Suriya sərhədindəki əl-Yarubiyye qapısından keçib və Haseke qəsəbəsinin şimal-şərqinə - terror təşkilatı YPQ/PKK-nın işğalındakı Rumeylan neft sahəsinə çatıb.

  Amerika əsgərlərini də daşıyan bu karvanda təxminən 13 zirehli hərbi maşın ABŞ ordusuna məxsus vertolyotların müşayətilə keçib.



Әlaqәli Xәbәrlәr