Terrorçular Suriya Milli Ordusuna hücum etdi: 3 əsgər şəhid oldu, 18 əsgər yaralandı

Terror təşkilatı YPG/PKK mənsubu terrorçuların “Sülh çeşməsi” hərəkatında iştirak edən Suriya Milli Ordusu (SMO) əsgərlərinə etdiyi bombalı intihar hücumu nəticəsində 3 əsgər şəhid olub, 18 əsgər yaralanıb.

1292525
Terrorçular Suriya Milli Ordusuna hücum etdi: 3 əsgər şəhid oldu, 18 əsgər yaralandı

Terror təşkilatı YPG/PKK mənsubu terrorçuların “Sülh çeşməsi” hərəkatında iştirak edən Suriya Milli Ordusu (SMO) əsgərlərinə təşkil etdiyi bombalı intihar hücumu nəticəsində 3 əsgər şəhid olub, 18 əsgər yaralanıb.

Türkiyə ilə ABŞ arasında əldə olunan və terrorçuların 120 saatda bölgədən çıxması məqsədilə hərəkata fasilə verilməsini nəzərdə tutan razılaşma əsasları YPG/PKK tərəfindən pozulur.

Terrorçular Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsinin qarşısındakı Suriya ərazilərində yerləşən Tel Abyad çölündə cəbhə xəttindəki mövqelərini qoruyan SMO əsgərlərinə minalanmış maşınla hücum edib.

Hücum nəticəsində SMO-dan 3 əsgər şəhid olub, 10 əsgər xəsərat alıb.

Ceylanpınar qəsəbəsinin qarşısındakı Suriya torpaqlarında yerləşən Rasulaynda da təhlükəsizliyi təmin etmək məqsədilə axtarış fəaliyyətlərini davam etdirən SMO əsgərlərindən 8-i də əl istehsalı bombanın partladılması nəticəsində yaralanıb.

Oktyabrın 9-da başlanan “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatında iştirak edən SMO-dan indiyədək 84 əsgər şəhid olub, 310 əsgər yaralanıb.

SMO əsgərlərinin hərəkat zamanı terrorçulardan təmizlənən yaşayış məntəqələri və yollardakı axtarış-xilasetmə fəaliyyətləri davam edir.



Әlaqәli Xәbәrlәr