İraq ABŞ əsgərlərilə əlaqədar açıqlama yaydı

İraq idarəsi Suriyadan çəkilərək İraqa daxil olan ABŞ əsgərlərinin ölkədə qalmayacağını bildirdi.

1292414
İraq ABŞ əsgərlərilə əlaqədar açıqlama yaydı

İraq idarəsi Suriyadan çəkilərək İraqa daxil olan ABŞ əsgərlərinin ölkədə qalmayacağını bildirdi.

İraq Baş Nazirliyinə tabe Təhlükəsizlik Mediası Şəbəkəsi tərəfindən verilən açıqlamada Suriyadan çəkilən ABŞ əsgərlərinin İraq Kürd Regional İdarəsi torpaqlarına girip sonra ölkə xaricinə çıxmaq üçün təsdiq aldığı bildirilib.

Açıqlamada “Suriyadan gələn bu qüvvələrin (ABŞ əsgərlərinin) İraqda qalması üçün heç bir təsdiq prosesi gündəmdə deyil” ifadəsi işlədilib.

ABŞ əsgərlərini daşıyan zirəhli texnikalar və hərbi ekipaj TIR-ları dünən Suriya sərhədindəki Simelka sərhəd-keçid məntəqəsindən İraqa girdi.

Hərbi dəstələrin ABŞ-ın Anbardakı Aynul Əsəd ilə beynəlxalq Ərbil hava limanı bazalarında yerləşəcəyi irəli sürülmüşdü.

ABŞ-ın müdafiə naziri Mark Esper də iki gün əvvəl verdiyi açıqlamada prezident Trampın qərarı ilə Suriyadan çəkilən minə yaxın Amerikan əsgərinin İraqın qərb bölgələrinə göndəriləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr