YPG/PKK-dan təmizlənən Rasulayn qəsəbəsində terrorçuların qazdığı tunel

Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” hərəkatında terror təşkilatı YPG/PKK-dan təmizlənən Rasulayn qəsəbəsində terrorçuların qazdığı tunel görüntüləndi.

1291881
YPG/PKK-dan təmizlənən Rasulayn qəsəbəsində terrorçuların qazdığı tunel
ypg-pkk, rasulayn tunel2.jpg
ypg-pkk, rasulayn tunel1.jpg

Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” hərəkatında terror təşkilatı YPG/PKK-dan təmizlənən Rasulayn qəsəbəsində terrorçuların qazdığı tunel görüntüləndi.

Videoçarxda tunelin Türkiyə sərhədinə açıldığı görünür.

“Anadolu” xəbər agentliyinin görüntülədiyi və Rasulayn mərkəzini əhatə edən tunelin girişi bir anbarın daxilində görünür.

Nərdivanlarla yerdən təxminən 13 metr aşağıda olan tunelin hündürlüyü 3 metr, eni isə 2,5 metrdir.

Rasulayn ilçe mərkəzindən girildiyi zaman Türkiyə sərhədinə qədər uzanan tunelin quruluşu hörümçək torunu xatırladır.

Tunelin rayonun müxtəlif yerlərində səpələnmiş km-lərlə uzunluqdakı qolları ilə çoxlu giriş yerləri var.

Tunelin tikinti işlərinin davam etdiyi, hər 10 metrdən bir havalandırma və istirahət bölmələrinin olduğu aşkarlanıb.

YPG/PKK uzun müddətdir Münbiç, Aynularab (Kobani), Tel Abyad, Rasulayn, Sırrin, Qamışlı və Malikiyyədə Türkiyənin ola biləcək hərbi hərəkatlarına qarşı müqavimət göstərmə, sızma və ani hücum məqsədiylə tunel qazırdı.

“Anadolu” xəbər agentliyi həmçinin 2018-ci ilin dekabrında və 15 aprel 2019-cu ildə YPG/PKK-nın Münbiç və Aynularab rayonlarında tunel qazma fəaliyyətlərini də görüntüləmişdi.



Әlaqәli Xәbәrlәr