YPG/PKK terrorçuları yenә mülki vәtәndaşları hәdәf aldı

Separatçı terror təşkilatı YPG/PKK-nın Suriyanın Cerablus qәsәbәsinә tәşkil etdiyi hava hücumu nәticәsindә üç uşaq xәsarәt alıb.

1288206
YPG/PKK terrorçuları yenә mülki vәtәndaşları hәdәf aldı

 

Separatçı terror təşkilatı YPG/PKK-nın Suriyanın Cerablus qәsәbәsinә tәşkil etdiyi hava hücumu nәticәsindә üç uşaq xәsarәt alıb. 

Terror tәşkilatı YPG/PKK  Suriya-Türkiyə sərhədindəki Aynularab (Kobani) qәsәbәsindәn hәyata keçirdiyi hücumla mülki vәtәndaşları hәdәf alıb.

Terrorçuların  Fərat çayının şərqindən  atdığı raket mәrmilәri Cerablusdakı yaşayış mәntәqәlәrinә düşüb.

Hücum nәticәsindә üç uşaq müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Xәsarәt alan  uşaqlar tәcili tibbi yardım maşınları ilә xәstәxanaya çatdırılıb.

YPG/PKK terror tәşkilatı daha әvvәl dә mülki yaşayış mәntәqәlәrinә hücum edәrәk dinc sakinlәrin xәsarәt almalarına  vә hәlak olmalarına sәbәb olub.



Әlaqәli Xәbәrlәr