Tel Abyad qәsәbәsi nәzarәt altına alınıb

‘‘Sülh çәşmәsi’’ әmәliyyatı  çərçivəsində Tel Abyad qәsәbәsi nәzarәt altına alınıb.

1287386
Tel Abyad qәsәbәsi nәzarәt altına alınıb

 

 

Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə Türkiyә  Silahlı Qüvvətləri  tərəfindən Suriyanın şimalında YPG/PKK və DEAŞ terror təşkilatlarına qarşı başlanılan və Suriya Milli Ordusunun dәstәklәdiyi ‘‘Sülh çәşmәsi’’ әmәliyyatı müvәffәqiyyәtlә davam etdirilir.

‘‘Sülh çәşmәsi’’ әmәliyyatı  çərçivəsində Tel Abyad qәsәbәsi nәzarәt altına alınıb.

Mәlumata görә, terror tәşkilatı YPG/PKK  Amerika Birlәşmiş Ştatlarının dәstәyi ilә Tel Abyad qәsәbәsini  2015-ci ilin iyun ayında işğal etmişdi.

Digәr tәrәfdәn ‘‘Sülh çәşmәsi’’ әmәliyyatı  çərçivəsində zәrәrsizlәşdirilәn PKK/PYD-YPG terrorçularının sayı 550-ә çatıb.

Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn açıqlamada bunlar qeyd olunub: ‘‘Fәrat çayının şәrqindә planlaşdırıldığı kimi aparılan ‘‘Sülh çәşmәsi’’ әmәliyyatı  çərçivəsində zәrәrsizlәşdirilәn PKK/PYD-YPG terrorçularının sayı 550-ә çatıb’’.



Әlaqәli Xәbәrlәr