"Səudiyyə Ərəbistanı bu yolu seçsə, onlarla görüşərik", M.C.Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanı ilə "bölgə problemlərini hərbi deyil, siyasi yolla həll etməyi seçsə" görüşə biləcəklərini söylədi.

1284358

  İranın İCANA xəbər agentliyinə danışan M.C.Zərif mövzu ilə bağlı deyib: "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın İran hökumətilə görüşmək üçün İraq və Pakistandan vasitəçi olmalarını istəyir. O zaman səudiyyəlilər bölgə problemlərini qan tökərək deyil, masada həll etməyə səy göstərsələr, İran yanlarında olar."

  İran prezidenti Həsən Ruhaninin Bəsrə körfəzi ölkələri arasında dialoq mühiti meydana gətirməyi hədəfləyən Hörmüz Sülh Layihəsi təklifini də xatırladan Məhəmməd Zərif İranın bütün bölgə ölkələriylə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

  Qeyd edək ki, son zamanlar beynəlxalq media İraqın İran və Səudiyyə Ərəbistanının arasını düzəltmək üçün səy göstərdiyini yazır. Pakistanın baş naziri İmran Xan sentyabrda Nyu-Yorkda keçirilən BMT-nin 74-cü baş assambleyasında ABŞ prezidenti Donald Trampa Səudiyyə Ərəbistanı - İran problemlərini həll etmək üçün vasitəçilik etməyə hazır olduğunu söyləmişdi.

Әlaqәli Xәbәrlәr