ABŞ YPG-PKK-ya bu həftə də 300 TIR logistik dəstək göndərdi

ABŞ İraqdan Suriyada terror təşkilatı YPG/PKK işğalındakı son bir həftədə daha 300 yük maşını hərbi və logistik dəstək göndərdi.

1281800
ABŞ  YPG-PKK-ya bu həftə də 300 TIR logistik dəstək göndərdi

ABŞ İraqdan Suriyada terror təşkilatı YPG/PKK işğalındakı son bir həftədə daha 300 yük maşını hərbi və logistik dəstək göndərdi.

YPG/PKK-nın işğal altındakı ərazilərinə göndərilən yük maşınlarla hərbi bazanın tikinti işlərində istifadə olunan “TWall” adlı müqavimətli hazır beton bloklar, ərazi nəqliyyat vasitələri, generatorlar, çox miqdarda yanacaq anbarları və bağlı kassalar nəql edildi.

Yerli qaynaqlara görə, bağlı kassalarda yüngül və ağır silahlar, döyüş sursatları, siqnalizasiya və radar avadanlıqları, həmçinin yaşayış vasitələri var.

Son bir həftədə bölgəyə daxil olan konvoylar daşıdıqları materialları ABŞ-ın bölgədəki müxtəlif bazalarına payladılar.

ABŞ sentyabrın 21-də YPG/PKK-nın işğal etdiyi ərazilərə 200 ədəd yük maşını konvoyu ilə tikinti materialları, korpuslar, yığma evlər və yanacaq doldurma maşınları göndərmişdi.



Әlaqәli Xәbәrlәr