Əsəd rejimindən İdlibə gözlənilməz hücum

Suriyada Əsəd rejiminə məxsus qüvvlərin İdlib Gərginliyi azadma bölgəsinə aviahücumları davam edir.

1281205
Əsəd rejimindən İdlibə gözlənilməz hücum

Bölgədən əldə edilən məlumata görə Suriyada Əsəd rejiminə məxsus qüvvələrin İdlibdə Gərginliyi Azaltma bölgəsinə hücumu nəticəsində dinç sakindən bir nəfər həyatını itirib 14-ü yaralanıb. Aviahücumlar zamanı bir sağlamlıq mərkəzi də hədəfə götürülüb.

Bildirilib ki Kebbinə bölgəsinə avaihücumlar təşkil edilərkən, İdlibin cənubunda yerləşmiş Maaretinuman və Kefrenbil və Kensafra şəhərinə, Kefer Avid, Sfuhen, Fuleyfil və Baarbo kəndlərinə də qurudan hücum edilib. Qurudan edilən  hücumlarda  Baarbo kəndində bir mülki şəxs həlak olub, 7-si yaralanıb. Maaretinumanda sağlamlıq mərkəzinin hədəfə götürüldüyü hücum nəticəsində isə 7 nəfər bədən xəsarəti alıb. Beləcə bugünkü hücumlarda yaralananların sayı 14-ə çatıb.

Qeyd edək ki, 17 sentyabr 2018 tarixindən bəri İdlib Gərginliyi Azaltma Bölgəsində, rejim və Rusiyanın hücumlarında min 300-dən çox vətəndaş həyatını itirib. Sıx hücumlara məruz qalan ərazilərdən daha təhlükəsiz yerlərə və ya Türkiyə sərhədi yaxınlığına köç edənlərin sayı isə 1 milyon 42 minə çatıb.

 


Etiketlәr: #İdlib , #Əsəd rejimi

Әlaqәli Xәbәrlәr