İran prezidenti Həsən Ruhani ABŞ-ı tənqid etdi

İran prezidenti Həsən Ruhani ölkəsinə qarşı sanksiyalara görə ABŞ rəhbərliyini tənqid etdi.

1280259
İran prezidenti Həsən Ruhani ABŞ-ı tənqid etdi

İran prezidenti Həsən Ruhani ölkəsinə qarşı sanksiyalara görə ABŞ rəhbərliyini tənqid etdi.

Ruhani Ermənistanın paytaxtı  Yerevanda təşkil edilən Avrasiya İqtisadi Birliyinin liderlər zirvə yığıncağında etdiyi çıxışda “Beynəlxalq ictimaiyyət dəqiq qərarlar və güclü addımlarla ABŞ-ın düşməncəsinə yanaşmasına və təktərəfli siyasətlərinə etiraz etməlidir” ifadəsini işlətdi.

ABŞ-ın son illərdə vədlərinə və beynəlxalq müqavilələrə laqeyd yanaşaraq, təktərəfli siyasətlər yürütdüyünü və ikitərəfli sazişləri pozaraq Çin, Rusiya və hətta müttəfiqlərini də hədəf aldığını  irəli sürün Ruhani “İran nüvə müqavilələrinin tərəflərindən bu sazişin tətbiq edilməsi üçün addım atmalarını gözləyir. Digər ölkələrin də nüvə sazişləri dəstəkləməsi bölgə və qlobal təhlükəsizliklə sabitlik üçün zəruridir” deyə bildirdi.

Ruhani Hörmüz boğazı təşəbbüsü planının bölgənin təhlükəsizliyi, sabitliyi və sülh üçün əhəmiyyətli olduğunu bildirərək, bölgə ölkələrini bu layihəyə qoyulmağa dəvət etdi.



Әlaqәli Xәbәrlәr