İran prazidenti Həsən Ruhani Trampın təklifini qəbul etməyib

İran prezidenti Hassan Ruhani Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü Baş Asambleyasının iclası əsnasında Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın telefon danışığı təklifini qəbul etməyib.

1280096
İran prazidenti Həsən Ruhani Trampın təklifini qəbul etməyib

 "New York Times" bu barədə məlumat yayıb. Bildirib ki, İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın telefonuna cavab verməyib. Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının iclasında Fransa, İran və ABŞ Prezidentləri arasında üçtərəfli telefon danışığını təşkil etməyə səy göstərib. Emmanuel Makron Nyu-Yorkda BMT toplantısı zamanı Həsən Ruhani ilə görüşən zaman belə bir telefon danışığının baş tutmasına çalışıb. Lakin Həsən Ruhani Trampdan gələn telefon zənginə cavab verməyib. Jurnal yazır ki, 24 sentyabrda Emmanuel Makronun BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısındakı "Millennium Hilton" otelində iranlı həmkarı Həsən Ruhani ilə görüşü planlaşdırılıb. Makron Həsən Ruhani və Donald Tramp ilə üçtərəfli telefon danışığı planlaşdırıbmış. Prezidentlərin görüş keçirəcəyi otağda etibarlı bir zəng xətti qurmaq üçün texniki mütəxəssislər qrupu oteldə olub. Makronun Nyu-Yorkdakı missiyası Tramp və Ruhani arasında yeni diplomatiyanın başlaması və Yaxın Şərqdə başqa bir müharibənin qarşısını almaq planı üzərində olub. Makron ümid edib ki, bu telefon danışığı ABŞ prezidenti ilə İran prezidenti arasında inqilabdan bəri ilk görüşə yol açacaq idi. Dəfələrlə Tramp İran liderləri ilə görüşməyə hazır olduğunu bildirdiib. Tramp BMT toplantısında Ruhani ilə görüşmək Makrona gizli mesaj göndərib. Daha sonra jurnal yazıb ki, bütün bunlara baxmayaraq iranlılar Trampa etibar etmirlər. Tramp BMT toplantısından dörd gün əvvəl İrana qarşı yeni bir sanksiya tətbiq edib və bu dəfə İranın mərkəzi bankını hədəf alıb. Oteldə üçtərəfli telefon danışığı xətti çəkilib. Makron telefonu götürüb, amma Ruhani heç vaxt bu xəttə cavab verməyib. Xəttin digər tərəfində isə ABŞ prezidenti Donald Tramp olub.



Әlaqәli Xәbәrlәr