Bәşәr Әsәd rejimi keçәn ay 197 nәfәri hәbs edib

Bu barәdә Suriya İnsan Haqları Monitorinq Mәrkәzi mәlumat yayıb.

1280449
Bәşәr Әsәd rejimi keçәn ay 197 nәfәri hәbs edib

 

 

 

Suriya İnsan Haqları Monitorinq Mәrkәzi Bәşәr Әsәd rejiminin keçәn ay 197 nәfәri dә saxladığını bildirib.

Suriya İnsan Haqları Monitorinq Mәrkәzi Bәşәr Әsәd rejimi vә İran tәrәfindәn dәstәklәnәn xarici terrorçu qruplaşmalardan ibarәt  rejim qüvvәlәrin keçәn ay dördü  uşaq, biri dә qadın olmaqla 197 nәfәri saxladığını açıqlayıb. Müxalifәt qüvvәlәrinin mәlumatına әsasәn, rejim qüvvәlәri azı 500 min nәfәri hәbs edib.

Suriya İnsan Haqları Monitorinq Mәrkәzi sentyabrın 25-dә  dә rejim qüvvәlәrinin Türkiyәdәn Suriya әrazisinә daxil olan beş nәfәri saxladığını bildirib.

Hesabata әsasәn, ölkәnin üçdә bir hissәsini işğal edәn separatçı terror tәşkilatı YPG/PKK da 17-si uşaq, 9-u da qadın olmaqla 183 nәfәri sәbәbsiz şәkildә saxlayıb.



Әlaqәli Xәbәrlәr