Suriyada rejim təyyarələrinin İdlibə hücumları davam edir

Suriyada Bəşər Əsəd rejimi, “İdlib Gərginliyi Azaldma Zonasında” yerləşən yaşayış məntəqələri və hərbi müxaliflərin cəbhə xəttlərinə avia hücumlar təşkil etdi.

1279704
Suriyada rejim təyyarələrinin İdlibə hücumları davam edir

Rejimin artilleriya bölmələri isə İdlibin cənubundakı Baarbo, Um Es- Seyr, Maarethırmə, Rekaya, Tuh və Hiş kəndlərinə qurudan atəş ediblər.

Məlumata görə Latakiyanın şimal-qərbində yerləşən Kebbinə bölgəsində isə hərbi helikopterlər müxaliflər xəttinə bomba yağdırıblar.

Müxaliflərin nəzarətindəki müşahidə evi səlahiyyətliləri də hücumlarla bağlı açıqlamalarında Rejimin ən azı 10 helikopterlə Latakiyanın Kebbinə cəbhə xəttinə barrel bombalarla avia zərbələr endirdiyini qeyd ediblər. Ancaq hücumlarda ölən və ya yaralananların sayına dair məlumat verməyiblər.

Qeyd edək ki, 17 sentyabr 2018-ci ildə Türkiyə və Rusiya arasında İdlib təhlükəsiz zona yaradılmasına dair razılaşma imzalandıqdan sonra rejim və Rusiyanın həmin əraziyə istiqamətli hücumlarında min 300-dən çox dinç sakin həyatını itirib. Evini tərk edənlərin sayı isə 1 milyon 42 minə çatıb.



Әlaqәli Xәbәrlәr