Prezident Ruhaninin qardaşı həbs edildi

İran prezidenti Həsən Ruhaninin qardaşı və keçmiş köməkçisi Hüseyin Feridun "korrupsiyda" ittihamı ilə 5 il həbs cəzasına məhkum edildi.

1279675
Prezident Ruhaninin qardaşı həbs edildi

Fars Xəbər Agentliyinin məlumata görə, Ədliye nazirliyinin sözçüsü Qulam Hüseyn İsmaili paytaxt Tehranda mətbuata açıqlamasında bu barədə məlumat yayıb. O bildirib ki, Hüseyin Feridun may ayında 7 il həbsə məhkum edildi. Feridun 7 il həbs cəzası ilə bağılı qərardan etiraz məqsədiylə apellyasiya məhkəməsinə müraciət etdi. Onun cəzası 5 ilə endirildi.

1989-1997-ci tarixində İranın Kuala Lumpurda səfir işləyən Hüseyin Feridun, prezident Ruhaniyə qarşı müxalif qruplar tərəfindən "korrupsiya, rüşvətxorluq və qanunlara zidd olaraq bir bankın baş meneceri təyin edilməkdə ittiham edildi.

Bu ittihamlar xüsusi ilə 2017-ci ildə keçirilən prezident seçkiləri əvvəlində Ruhaninin rəqibləri tərəfindən hər fürsətdə gündəmə daxil edildi. Sonda 2017-ci ilin iyulunda korrupsiya istintaqı çərçivəsində həbs olundu. Ancaq bir müddət sonra zəmanətə buraxıldı.

Ruhani tərəfdaşları Feriduna qarşı ittihamların "siyasi" olduğunu irəli sürürlər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani İran İslam İnqilabından əvvəl "Feridun" olan familyasını "Ruhani" olaraq dəyişdirdi.

 



Әlaqәli Xәbәrlәr