Aralıq dənizində cari il ölən nizamsız miqrant sayı mindən çoxdur

Bu ilin əvvəlindən bəridir Avropaya keçməyə cəhd göstərən mindən çox nizamsız miqrant olduğu açıqlandı.

1279700
Aralıq dənizində cari il ölən nizamsız miqrant sayı mindən çoxdur

BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının sözcülərindən Çarli Yaksley verdiyi açıqlamada bu ilin əvvəlindən bəridir Avropaya keçməyə cəhd göstərən mindən çox nizamsız miqrantın öldüyünü bildirərək, vəziyyəti “qara bir dönüş nöqtəsi” tərzində qiymətləndirdi.

Yaksley Avropa İttifaqının (Aİ) Aralıq dənizindəki döyüş gəmilərinin nizamsız qaçqınların xilas edilməsində kifayətsiz qaldığını vurğulayaraq, keçmişdə minlərlə insanın həyatını xilas edən Mare Nostrum layihəsi çərçivəsində Aİ-nin Aralıq dənizi bölgəsində axtarış-xilasetmə fəaliyyətlərinə yenidən başlamasının vacibliyini dilə gətirdi.

Yaksley Aİ-nin Aralıq dənizindəki  axtarma və xilasetmə gücünü artıraraq, üzv ölkələrin gəmilərinin də bu fəaliyyətdə istifadə edilməsi və qeyri-hökumət təşkilatlarının dənizdə həyat xilas etmədə əhəmiyyətli rol qəbul etməsinin vacibliyini bildirdi.

Beynəlxalq Köç Təşkilatına görə, 2014-cü ildən bəridir Aralıq dənizindən Avropa ölkələrinə keçməyə cəhd göstərən 15 mindən artıq insan həyatını itirdi.



Әlaqәli Xәbәrlәr