Rusiya Əfqanıstan mövzulu yığıncaq keçirəcək

Rusiya, Çin, ABŞ və Pakistanın iştirakı ilə Əfqanıstan mövzusunu müzakirə etmək üzrə yığıncaq keçirilməsi üçün hazırlıqlar aparır.

1278982
Rusiya Əfqanıstan mövzulu yığıncaq keçirəcək

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat yayıb.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Zamir Kabulovun sözlərinə görə Rusiyada təşkil ediləcək yığıncaqda Əfqanıstan məsələsi ətraflı müzakirə ediləcək. Oktyabr ayında keçirilməsi planlaşdırılan yığıncaqda Rusiya, ABŞ, Çin və Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndələri bir araya gələcək. Tədbirlə bağlı hazırlıqlarımız davam edir. Çin və ABŞ ilə tədbirin keçirilməsi mövzusunda ön razılıq əldə edilib”. Nümayəndə, Rusiyanın Talibanla danışıqları davam etdirdiyini də özlirinə ǝlavǝ  edib.



Әlaqәli Xәbәrlәr