Elbukemal-Kaim sərhəd qapıları yenidən açıldı

2014-cü ildə terror təşkilatı DEAŞ-ın bölgəyə nəzarəti ələ keçirməsi səbəbiylə bağlanan Suriya-İraq arasındakı Elbukemal-Kaim sərhəd qapıları 5 il fasilədən sonra yenidən açıldı.

1278941
Elbukemal-Kaim sərhəd qapıları yenidən açıldı

Yerli mənbələrdən əldə edilən məlumata görə Suriyanın şərqindəki Deyrizor şəhərinin Elbukemal bölgəsi və İraq ərazisindəki sərhəd keçidləri yenidən giriş-çıxışlara açıldı.

Qeyd edək ki, sərhəd qapısına nəzarət 2104-cü ildə terror təşkilatı DEAŞ-ın əlinə keçdi. 2017-ci ilin noyabrında Bəşər Əsəd rejimi İranın dəstəklədiyi xarici terror qruplaşmalarının da köməyi ilə Elbukemalı, terror təşkilatı DEAŞ-dan təmizlədi. Fevral ayında isə terror təşkilatı YPG / PKK, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəyilə İraq sərhədindəki Boqaz qəsəbəsinə nəzarəti ələ keçirdi. 2017-ci ilin Noyabr ayından bəri rejimin nəzarət etdiyi regionda İranın dəstək verdiyi qruplaşmalar hökm sürür. İcmalçılarda görə sərhəd qapısının yenidən açılması ilə sözü gedən qruplaşmaların nüfuzu artacaq və İraqa keçişləri asanlaşacaq.

 



Әlaqәli Xәbәrlәr