Rusiya ABŞ-ın yeni sanksiya qərarına reaksiya verib

Amerika Birləşmiş Ştatlarının (ABŞ), Rusiyaya qarşı yeni sanksiyaları qəbul edilməzdir. Bunun Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşin deyib.

1277337
Rusiya ABŞ-ın yeni sanksiya qərarına reaksiya verib

ABŞ rəhbərliyinin Rusiyadakı bəzi şirkət və şəxslərə yeni sanksiya qərarına reaksiya verən Verşin, bu qərarların ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətinin davam etdiyini göz önünə sərdiyini, bu siyasətin qəbul edilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında Suriyadakı Rusiya Silahlı Qüvvələrinin təyyarələrinə yanacaqla təmin etdikləri səbəb göstərərək Rusiya məxsus gəmisi, bir şirkət və 3 adamın sanksiya siyahısına salındığı bildirilib.

2014-cü ilin martında Rusiya Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq etdi. Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki hadisələrdən sonra Avropa İttifaqı, ABŞ və bəzi ölkələr Rusiya sanksiya tətbiqinə başlamışdı.

 



Әlaqәli Xәbәrlәr