"DAEŞ İraqı yıxmaq üçün hiyləgər bir layihə idi", B.Saleh

İraq prezidenti Berhem Saleh ölkəsinin qonşularına hücum nöqtəsi olmasını qəbul etməyəcəyini dedi.

1276434
"DAEŞ İraqı yıxmaq üçün hiyləgər bir layihə idi", B.Saleh

  İraq prezidenti Berhem Saleh ölkəsinin qonşularına hücum nöqtəsi olmasını qəbul etməyəcəyini dedi.

  Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində davam edən Birləşmiş Millətlər Təşkilatının 74-cü baş assambleyasında çıxışı zamanı İraq prezidenti deyib:  

  “Orta Şərq müharibə və münaqişələr bölgəsi olub. Bu böhranlardan birləşərək çıxmalıyıq. İraqın qonşu ölkələrə təcavüz nöqtəsi olmasını qəbul etmirik.  

  Hal-hazırda ölkədə müsbət irəliləyişlər gözlənilir.  

  İraqın təhlükəsizliyi və sabitliyi Körfəz və region ölkələrinin də təhlükəsizliyi deməkdir.  

  Ərəb və bölgə ölkələri ilə münasibətlərimiz inkişaf yoluna düşüb.   

  İran və şimal qonşumuz Türkiyə ilə ikitərəfli münasibətlərimizi də gücləndirməkdəyik.

  Ölkəmiz terrordan çox əziyyət çəkdi. DAEŞ İraqı yıxmaq üçün hiyləgər bir layihə idi.

  Dünyadakı korrupsiya, qaçaqmalçılıq və radikal fikirlərlə mübarizə aparılması və bununçün beynəlxalq koalisiya yaradılması da vacib işlərimizdən biridir”.



Әlaqәli Xәbәrlәr