Suriya məsələsinin müzakirə ediləcəyi yığıncaq Cənəvrədə keçiriləcək

Türkiyə, İran və Rusiya Xarici işlər nazirləri, Suriya böhranının həlli məqsədiylə yaradılan Konstitusiya Komitəsinin ilk yığıncağının İsveçrənin Cenevrə şəhərində keçirilməsi mövzusunda razılaşdılar.

1276151
Suriya məsələsinin müzakirə ediləcəyi yığıncaq Cənəvrədə keçiriləcək

Astana formatını həyata keçirən 3 ölkənin Xarici işlər nazirləri Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 74-cü iclası çərçivəsində üçtərəfli görüş keçirdi.

İran xarici işlər naziri Cavad Zərif, Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu yığıncaqdan sonra birgə məlumat yaydı. “Onlar Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün qorunmasına güclü dəstək verdiklirini daha bir dəfə təsdiq etdilər. Bütün tərəflərin prinsiplərə sadiq qalmalarını vurguladılar. Konstitusiya Komitəsinin qurulmasını yüksək qiymətləndirdiklərini səsləndirdilir. Konstitusiya Komitəsinin Suriyadakı işlərinə dəstək veriləcəyinə diqqət çəkdilər. Komitəsinin ilk iclasının Cenevrədə keçirilməsinə kömək edilməsi mövzusunda mütabiq qaldıqlarını bildirdilər.



Әlaqәli Xәbәrlәr