"Bu şərtlərin aradan qaldırılması lazımdır", H.Ruhani

İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramına dair məsələnin müzakirəsi üçün sanksiyaların qalxması şərtini bir daha təkrarladı.

1275737
"Bu şərtlərin aradan qaldırılması lazımdır", H.Ruhani

  İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramına dair məsələnin müzakirəsi üçün sanksiyaların qalxması şərtini bir daha təkrarladı.

  İran Prezident Aparatından verilən məlumata görə, ABŞ media nümayəndələri ilə bir araya gələn H.Ruhani çıxışında deyib:  

  “Fransa prezidenti Emmanuel Makronun rəsmi Tehranla Vaşinqton arasındakı uzlaşma yaratma çabaları yalnız Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın nüvə müqaviləsindən ayrıldıqdan sonra tətbiq etdiyi sanksiyaların aradan qaldırılması ilə nəticə verə bilər.

  Əgər sanksiyalar qalxsa, 5+1, yəni BMT-nin daimi üzvləri və Avropa İttifaqı arasındakı ölkələr arasında müzakirələr mümkün ola bilər. ABŞ maksimum təzyiq siyasətilə sanksiyaları tətbiq etməkdədir. Bizə görə isə, ilk növbədə, bütün bu şərtlərin aradan qaldırılması lazımdır".



Әlaqәli Xәbәrlәr