Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə...

1275861
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi

  24 sentyabrda paytaxt Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb.

  Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı-2019" təlimi start götürüb.

  Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

  Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.



Әlaqәli Xәbәrlәr