Fərat çayının şərqində ikinci "Türkiyə-ABŞ birgə patrul vəzifəsi" həyata keçirilir

Suriyada Fərat çayının şərqində 2-ci “Türkiyə-ABŞ” birgə patrul vəzifəsi həyata keçirilməyə başlandı.

1274967
Fərat çayının şərqində ikinci "Türkiyə-ABŞ birgə patrul vəzifəsi" həyata keçirilir

Suriyada Fərat çayının şərqində 2-ci “Türkiyə-ABŞ” birgə patrul vəzifəsi həyata keçirilməyə başlandı.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ Silahlı Qüvvələri Suriyada, Fəratın şərqində təhlükəsiz bölgənin yaradılması çərçivəsində 2-ci birgə patrul vəzifəsini həyata keçirir.

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsinin 15 km şərqində Türkiyə bayrağı daşıyan 4 zirəhli texnikadan ibarət TSQ konvoyu quruda həyata keçirilən birgə patrulda iştirak etmək üçün sərhəd məntəqəsini keçərək, ABŞ konvoyuna qoşuldu.

TSQ və ABŞ hərbi hissələri Telabyad ərazilərində quruda keşik çəkəcəklər.

Xeyli sayda mətbuat mənsubu sərhədin sıfır nöqtəsində baş verənləri izləyir.

Xatırladaq ki, TSQ və ABŞ hərbi hissələri daha əvvəl bir dəfə quruda birgə patrul, 6 dəfə isə birgə helikopter uçuşu həyata keçirdi.



Әlaqәli Xәbәrlәr